SİYASƏT
Sahibə Qafarova: Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi parlamentimizin tarixində yeni dövrün başlanması ilə yadda qaldı
07.12.2024 [15:59]
Xəbərin mətni
Parlamentlərimizin bugünkü fəaliyyətinə ölkələrimizdə uzun illər ərzində formalaşmış parlamentarizm ənənələrinin və təcrübələrinin təsiri olduqca böyükdür. Azərbaycanda mövcud olan parlamentarizm ənənələrindən danışarkən 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətini xüsusi qeyd etmək istərdim. Bu mənada konfransımızın məhz bu gün keçirilməsi heç də təsadüfi deyil. Belə ki, Azərbaycan parlamentinin ilk iclası məhz dekabrın 7-də keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.