Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Cavid Abdullayev: Çin şirkəti ilə 160 meqavatlıq günəş stansiyası tikintisi istiqamətində çalışırıq

07.12.2024 [16:08]

Çin şirkətləri Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafında öz sözü və töhfəsi olan şirkətlərdəndir. Konkret spesifik layihələrə gəldikdə xüsusi olaraq qeyd etmək istəyirik ki, “China Energy Overseas Investment” şirkəti ilə biz 160 meqavatlıq günəş stansiyası tikintisi istiqamətində çalışırıq. Xüsusi olaraq Azərbaycan üçün yeni olacaq su əsaslı saxlanc sistemi istiqamətində “Power China Huadong Engineering Co.Ltd” və digər şirkətlə əməkdaşlıq edirik. Bu layihələr istiqamətində təhlillərimizə start verilib. Bunu AZƏRTAC-a müsahibəsi zamanı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev söyləyib.