Direktor: Hidrogen istehsalı ilə bağlı hədəflərimizi ortaya qoymuşuq
07.12.2024 [16:27]
Azərbaycan üçün hidrogen istehsalı növbəti mərhələdir və biz bu mərhələ üçün artıq strateji baxışımızı, hədəfimizi ortaya qoymuşuq. İndi isə o hədəfdən irəli gələrək müxtəlif istiqamətlərdə təhlillər, araşdırmalar və layihələr həyata keçirilməlidir. Bunu AZƏRTAC-a müsahibəsi zamanı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.