Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Lənkəranda “Flaminqo festivalı” keçirilib, 200 min balıq körpəsi dənizə buraxılıb

07.12.2024 [17:20]

Xəbərin mətni

Bu gün Qızılağac Milli Parkında II "Flaminqo festivalı" keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsirini və bioloji müxtəlifliyin hazırkı vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına dair guşələr, suvenirlər, həmçinin Qızılağac Milli Parkına aid simvollar nümayiş olunub. Həmçinin dənizə 200 min balıq körpəsi buraxılıb.