Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Londonda konsert keçirilib
07.12.2024 [17:49]
Xəbərin mətni
Londonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Xalq artisti Miri Yusifin konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə 400-dən çox qonaq iştirak edib.
Miri Yusif gecədə “Ağ Təyyarə”, “Tərk-i Həyat”, “Səndən bir dənədir”, “Sənə Qurban” və digər sevilən mahnılarını ifa edərək pərəstişkarlarına unudulmaz anlar yaşadıb. Onun ifası böyük alqışlarla qarşılanıb.