CƏMİYYƏT
Tovuzda partlayış olub, iki nəfər xəsarət alıb
07.12.2024 [18:52]
Xəbərin mətni
Tovuz şəhərinin "Təzə bazar" adlanan ərazisində partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Nəticədə iki nəfər xəsarət alıb.
Əraziyə FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.