Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanın dünyada məşhur olan təndir çörəyi

10.12.2024 [18:58]

Xəbərin mətni

Ölkəmizdə çörək bişirmənin qədim və tarixi ənənələri var. Belə qədim ənənələrdən biri də təndirdə çörək bişirmədir. Ləzzəti və bişirmə qaydası ilə digər çörəklərdən fərqlənən təndir çörəyi özünə məxsus ətri ilə də insanı cəlb edir. Təsadüfi deyil ki, ötən həftə Azərbaycanın təndirçilik sənəti və çörək bişirmə üsulu UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb.