İQTİSADİYYAT
Üçüncü rübdə Azərbaycana daxil olan pul baratlarının həcmi 848,5 milyon dollar olub
11.12.2024 [13:14]
Xəbərin mətni
Üçüncü rübdə Azərbaycana daxil olan pul baratlarının həcmi 848,5 milyon dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov 2024-cü ilin 3-cü rübü üzrə tədiyə balansının açıqlanmasına dair brifinqdə deyib.
O qeyd edib ki, Azərbaycana pul baratları daxil olan ilk beş ölkəyə Rusiya ( 411 milyon dollar), Türkiyə (130 milyon dollar), ABŞ (48 milyon dollar), Gürcüstan (27 milyon dollar) və BƏƏ (26 milyon dollar) daxildir.