İQTİSADİYYAT
Vergi Məcəlləsinə bazarlar ilə bağlı dəyişiklik ediləcək
11.12.2024 [17:48]
Bazarlara vergi nəzarəti gücləndiriləcək. Belə ki, bununla bağlı vergi məcəlləsinə edilən dəyişikliklərin sırasında bir neçə məqamlar var. Təklif edilən yeni dəyişikliyə əsasən kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı bazarları istisna olmaqla, iri bazarlarda və ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlar vergi orqanında uçota alınmalıdır. Bu proses vahid mülkiyyətçi prosesinə əsaslanan yanaşma ilə həyata keçiriləcək.