Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Baş nazir Əli Əsədov Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

12.12.2024 [12:38]

Xəbərin mətni

Dekabrın 12-də Rusiya Federasiyasında işgüzar səfərdə olan Baş nazir Əli Əsədov Azərbaycanın Moskvadakı səfirliyinin binasında olub.
AZƏRTAC xəbər verir ki, Baş nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.