Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

12.12.2024 [12:50]

Xəbərin mətni

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib. Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad olunub. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.