SİYASƏT
Nazir: Sülh müqaviləsi prosesində bəlli irəliləyişlər əldə edilib
12.12.2024 [14:07]
Xəbərin mətni
Bu il Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində müsbət irəliləyişlər olub. Buna bu ilin aprelində ilk dəfə olaraq iki ölkə arasında dövlət sərhədinin müəyyən hissəsinin delimitasiyasının və demarkasiyasının həyata keçirilməsini qeyd etmək olar.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.