Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hikmət Hacıyev: Ermənistan regionda ən çox mina istehsal edən ölkələrdən biridir

12.12.2024 [15:14]

Xəbərin mətni

Təəssüflər olsun ki, Ermənistan tərəfindən Azərbaycana qarşı mina terroru siyasəti davam etməkdədir. Çünki 30 illik işğal dövründə bir milyondan artıq mina basdırılıb. Bu azmış kimi, hələ 2020-ci ildən sonrakı dövrdə - Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələr getdiyi dövr ərzində yenə də Ermənistandan Azərbaycan ərazilərinə minaların daşınması proqramları həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.