Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəxsi fotoqraf və DTX əməkdaşı Ulu Öndərlə bağlı xatirələrindən danışdılar

12.12.2024 [19:00]

Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, bütün fəaliyyətini doğma xalqının tərəqqisinə həsr edən dövlət adamı və tarixin yaddaşından heç zaman silinməyəcək bir fenomendir. Ulu Öndər Heydər Əliyev hələ sağlığında əfsanələşmiş, nadir dövlət xadimlərindən biri idi. Onun öz xalqına göstərdiyi sevgi, diqqət və qayğı bu gün də onun ətrafında olan insanların dilindən düşmür.