SİYASƏT
Azərbaycan diplomatları və onların ailə üzvləri üçün güzəştlər müəyyən edilir
13.12.2024 [17:30]
Xəbərin mətni
Azərbaycanda diplomatik xidmət sahəsi müasir tələblərə uyğunlaşdırılır və bu sahədə hüquqi baza təkmilləşdirilir. Milli Məclisin dekabrın 13-də keçirilən plenar iclasında “Diplomatik Xidmət haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib. Yeni qanun layihəsi beş fəsil və 31 maddədən ibarətdir. Layihə hazırlanarkən diplomatik xidmət sahəsində beynəlxalq təcrübə və dövlət qulluğu sahəsində Azərbaycanın normativ-hüquqi aktlarının aidiyyəti normaları öyrənilib.