SİYASƏT
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
13.12.2024 [18:25]
Xəbərin mətni
Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il dekabrın 13-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın dekabrın 9-da keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı məsələsinə baxılıb.