Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu bu il 5 memorandum imzalayıb

14.12.2024 [14:31]

Xəbərin mətni

Bakı Təşəbbüs Qrupu (BTQ) 2024-cü ildə 5 memorandum imzalayıb. BTQ beyin mərkəzi kimi xarici tədqiqatçılarla sıx əməkdaşlıq edir, dekolonizasiya sahəsində tanınmış araşdırmaçılarla birgə işlər görür.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Dekolonizasiya Günü münasibətilə BTQ-nin genişmiqyaslı hesabatının təqdimatı zamanı söyləyib.