Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neftçala Sənaye Məhəlləsində indiyədək 180 milyon manatlıq məhsul satışı həyata keçirilib

14.12.2024 [15:30]

Xəbərin mətni

Son dövrlərdə ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq sənaye zonalarının yaradılması istiqamətində uğurlu işlər görülür. Hazırda ölkəmizdə mövcud sənaye zonalarının sayı 13-ə çatıb, bunlardan 9-u sənaye parkı, 4-ü isə sənaye məhəlləsi statusundadır.
İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Neftçala Sənaye Məhəlləsi dövlət başçısının 2015-ci il 2 fevral tarixli Sərəncamı ilə yaradılıb. Sənaye Məhəlləsi 10 hektar ərazini əhatə edir və əsas fəaliyyət istiqaməti kimi balıqçılıq, yem istehsalı, qida sənayesi, avtomobil və s. istehsal sahələri üzrə müəyyənləşdirilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI