İDMAN
AZƏRTAC-ın minifutbol komandası Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirə heç-heçə ilə başlayıb
14.12.2024 [16:06]
Xəbərin mətni
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) komandası Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirində ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, B qrupunda yer alan kollektiv Energetika Nazirliyi ilə qarşılaşıb. Matçın ilk hissəsi rəqibin 1:3 hesablı üstünlüyü ilə nəticələnib. Lakin ikinci yarıda əzmkarlıq nümayiş etdirən komandamız 2 qol vuraraq, yekun hesabı müəyyənləşdirib – 3:3.