Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nələrdir? AÇIQLAMA

16.12.2024 [15:02]

Qanunun müəyyən etdiyi yeniliklərə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər. Bu tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizinədək hissəsində tikilə bilər. Bu halda yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna təşkil edir. AZƏRTAC xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov bildirib.