İDMAN
11-ci Prezident Kubokunun püşkatma mərasimi keçirilib
16.12.2024 [16:58]
Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən ənənəvi olaraq təşkil edilən çövkən üzrə 11-ci Prezident Kubokunun mətbuat konfransı və püşkatma mərasimi keçirilib. Bu haqda AZƏRTAC-a Federasiyadan məlumat verilib. Bildirilib ki, Federasiyanın Baş katibi Bəhruz Nəbiyev çıxışında ötən mövsüm Peşəkar Çövkən Liqasının (PÇL) nəticələrindən bəhs edib, transfer pəncərəsinin açılması barədə məlumat verərək 2025-ci ildə tətbiq ediləcək yeniliklərdən danışıb.