CƏMİYYƏT
Sabah yarımadanın bəzi yerlərində sulu qar yağacaq
17.12.2024 [14:37]
Xəbərin mətni
Dekabrın 18-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.