Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Erməni hərbi cinayətkarların işi məhkəməyə göndərilib

17.12.2024 [17:51]

Xəbərin mətni

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasına qarşı törədilmiş qanunsuz əməllərə dair cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilib ki, Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb.