Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Güclü külək Göyçayda fəsadlar törədib, elektrik enerjisinin verilişi dayandırılıb

17.12.2024 [18:15]

Xəbərin mətni

Bu gün günorta saatlarından başlayan güclü külək Göyçayda fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, külək şəhər ərazisində bir sıra yaşayış binalarının dam örtüklərini uçurub, irigövdəli ağacları kökündən çıxarıb. Həmçinin elektrik dirəkləri aşıb, xətlər qırılıb. Rayona və kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.