Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Mədəniyyət sektorunda çalışanlar bəzi vergilərdən azad edilir

17.12.2024 [19:23]

Milli Məclisin dünən keçirilən plenar iclasında vergi məcəlləsində bir sıra dəyişikliklər 3-cü oxunuşda qəbul edilib. Dəyişikliklər arasında mədəniyyət sektoru ilə bağlı böyük vergi güzəştləri də yer alıb. Yeni dəyişikliklərə əsasən, mədəniyyət sahəsində çalışanlar 5 il müddətində torpaq vergisindən tam, gəlir vergisindən isə 90 faiz azad ediləcək. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, yeni vergi güzəştlərinin əsas məqsədi daha çox sərmayə cəlb etməkdir. Bu da mədəniyyət sahəsinin inkişafını daha da stimullaşdıracaq.