Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Seymur Fətəliyev: Muzeyə hədiyyə edilən Azərbaycan musiqi alətləri iki ölkənin mədəniyyətləri arasında körpü olacaq

18.12.2024 [10:42]

Xəbərin mətni

Tar, kamança və qaval UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri kimi tanınan muğam musiqi janrının fundamental elementləridir. Azərbaycan bu günə kimi 24 elementi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Paraqvayın Asunson şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyası zamanı siyahıya “Azərbaycanda təndir hazırlamaq və çörək bişirmək sənəti” milli nominasiyası da əlavə edilib.