Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Cəlilabadda məsciddən oğurluq edən keçmiş məhkum saxlanılıb

18.12.2024 [11:44]

Xəbərin mətni

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində rayonun Türkelli kəndində yerləşən məsciddən 1000 manat dəyərində mis samovarı oğurlayan, əvvəllər eyni əmələ görə məhkum olunmuş 41 yaşlı Ə.Hüseynov saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, araşdırmalarla Ə.Hüseynovun Cəlilabad şəhəri ərazisində yerləşən evlərdən birindən də təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.