CƏMİYYƏT
Vəkilliyə namizədlər üçün test imtahanı keçirilib
18.12.2024 [16:00]
Xəbərin mətni
Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası (NMRVK) üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsi keçirilib.
İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib.