Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edildi - Polis əməliyyatı

18.12.2024 [17:10]

Xəbərin mətni

Dekabrın 16-da saat 11 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində 2 naməlum şəxs şirkətlərdən birinə məxsus “Chevrolet” markalı  avtomobili dayandıraraq sürücünü aldatmaqla ona zor tətbiq edib avtomobildə olan 127298 manat pulu talayaraq qaçıblar.
Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində pul vasaitini quldurluq yolu ilə talamaqda şübhəli bilinənlər — 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov saxlanılıblar.