Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Romada Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib

18.12.2024 [17:25]

Xəbərin mətni

Dekabrın 18-də İtaliyanın Roma şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib. Tədbir Azərbaycanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin İtaliyadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, toplantıda əvvəlcə beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib, sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.