Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Lük Pone: Muğam unikal musiqidir

18.12.2024 [22:44]

Xəbərin mətni

Füsunkar Azərbaycan musiqisi bu gün Belçikadadır. Bu qədim musiqi unikaldir. Bu gün Azərbaycan muğamının Belçikada olması təsadüfi deyil. Belçikada barok musiqisi yenidən canlandırılıb. Bu gün Belçikada möhtəşəm muğamı dinlədik. Möhtəşəm, original konsert oldu və çox məmnunuq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan musiqi alətlərinin Brüssel “Kral İncəsənət və Tarix Muzeyi”nə təqdim edilməsi mərasimində Belçikada "Baroque and More" musiqi təşkilatının bədii direktoru Lük Pone deyib.