MƏDƏNİYYƏT
Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri Romada “Borghese” Qalereyası ilə tanış olublar
19.12.2024 [11:41]
Xəbərin mətni
İtaliyanın paytaxtı Romada keçirilən Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı çərçivəsində mədəniyyət naziri Adil Kərimli və bir qrup mədəniyyət və incəsənət xadimi məşhur “Borghese” Qalereyası ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə sənət qalereyasının tarixi və buradakı incəsənət nümunələri barədə məlumat verilib. Bildirilib ki, “Villa Borghese” parkında yerləşən qalereya XVII əsrin əvvəllərində memar Flaminio Ponzio tərəfindən tikilib. Burada rəsm, heykəltaraşlıq və qədim əşyalar kolleksiyaları var.