Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan və İtaliya arasında musiqi təhsili sahəsində yeni əməkdaşlıq imkanları müzakirə edilib

19.12.2024 [12:13]

Xəbərin mətni

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Romaya səfəri çərçivəsində dekabrın 18-də İtaliya paytaxtında fəaliyyət göstərən Santa Çeçiliya Konservatoriyasının rektoru Franko Antonio Mirenzi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə rektor rəhbərlik etdiyi təhsil ocağının tarixi və fəaliyyət istiqamətlərindən danışıb. Bildirib ki, əsrlərlə yaşı olan konservatoriya müxtəlif adlar və statuslarla fəaliyyət göstərib. 1923-cü ildən indiki adını alan məktəb İtaliyanın ən nüfuzlu ali təhsil müəssisələrindəndir.