CƏMİYYƏT
Nazir: Ötən illərlə müqayisədə əmək müqaviləsinin sayında 609 min artım qeydə alınıb
19.12.2024 [17:22]
Xəbərin mətni
Ölkəmizdə əmək bazarının tənzimlənməsində müasir üsullar tətbiq edilir. Məhz bunun nəticəsidir ki, ötən illərlə müqayisədə əmək müqaviləsinin sayında 609 min artım əldə edilib. Bunun 80 faizi özəl sektorun payına düşür, yəni özəl sektorlarda 500 mindən çox əmək müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Karyera İnkişaf Forumunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.