İQTİSADİYYAT
Bəhruz Əzimov: İndiyədək 45 min 426 nəfər təhsil tələbə kreditindən faydalanıb
20.12.2024 [13:50]
Xəbərin mətni
Təhsil Tələbə Krediti Fondu (TTKF) fəaliyyətə başladığı gündən 45 min 426 tələbə kreditdən faydalanıb.
AZƏRTAC xəbər verir ki, bunu TTKF-nin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair keçirilən brifinqdə deyib. O bildirib ki, təhsil krediti alanların 31 min 805-i bakalavriat, 11 min 165-i magistratura, 2297-si orta ixtisas, 159-u texniki peşə tələbələridir.