CƏMİYYƏT
Beynəlxalq ekspedisiya Böyük Qafqaz səddində tədqiqat aparır
20.12.2024 [17:06]
Xəbərin mətni
Misir ehramları tarix üçün nə qədər əhəmiyyətlidirsə, Böyük Qafqaz səddi də Qafqazın tarixi üçün bir o qədər vacib və əhəmiyyətlidir. Bu fikirlər tarixçi alimlərin Böyük Qafqaz səddi haqqında gəldiyi qənaətdir.
Balakənin Katex kəndi ərazisindən keçən və günümüzə kimi gəlib çatan Böyük Qafqaz səddi hər zaman arxeoloq və tarixçi alimlərin tədqiqat mərkəzində olub. Bu dəfə dünyanın iki məşhur ali təhsil ocağının - Şotlandiyanın Edenburq və İngiltərənin Kembric universitetlərinin alimləri bir araya gələrək, onun tədqiqinə və inşa tarixinin öyrənilməsinə qərar verib.