SİYASƏT
Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi diplomatiyamızın qələbəsidir
20.12.2024 [17:30]
Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilməsi diplomatiyamızın növbəti qələbəsidir. Təşkilat səkkiz müsəlman ölkəni birləşdirir. Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin üzv olduğu “İslam Səkkizliyi”nin təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı ildə atılıb. Dövlətimizin başçısı ilk dəfə olaraq 2017-ci ildə İstanbulda təşkilatın 9-cu Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edib. Misirin paytaxtı Qahirədə təşkil olunan 11-ci Zirvə görüşündə üzv ölkələrin yekdil qərarı ilə Azərbaycanın təşkilata üzv seçilməsi ölkəmizin beynəlxalq arenadakı artan nüfuzunu və ona duyulan yüksək etimadı bir daha nümayiş etdirir.