Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilib

21.12.2024 [17:15]

Xəbərin mətni

Azərbaycan idmanında tarixi hadisə yaşanıb. Badminton üzrə Azərbaycan çempionatı 50 illik fasilədən sonra yenidən Xankəndi şəhərində keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sonuncu dəfə 1974-cü ildə badminton üzrə Azərbaycan çempionatına ev sahibliyi edən Xankəndi şəhərində yerləşən 4 nömrəli tam orta məktəbdə bu dəfə final qarşılaşmaları oynanılıb.