Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Keşlə bazarı”nın sökülməsi gələn il fevralın 1-dək təxirə salınıb

23.12.2024 [14:33]

Xəbərin mətni

Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikintisi işləri icra edilir.
Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla, Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.