SİYASƏT
Konqresmenlər, QHT-lər, təşkilatlar - Azərbaycana qarşı qərəzli münasibəti olanlar
23.12.2024 [18:51]
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası tərəfindən hazırlanan “COP29-a qarşı hibrid hücumlar: Cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!” adlı hesabatı dərc olunub. Hesabatda COP29-a qərəzli münasibət göstərən QHT-lər, konqresmenlər və sair qurumların adları və məqsədləri açıqlanıb.