Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Liderlərin dostluğu Azərbaycan-Çin münasibətlərinin inkişafını təmin edir

24.12.2024 [16:48]

"Mən Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkənin xalqlarının rifahı naminə yüksəksəviyyəli ikitərəfli münasibətləri yeni başlanğıc nöqtəsindən daha da inkişaf etdirmək üçün Sizinlə birlikdə səy göstərməyə hazıram”. Bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin doğum günü münasibəti ilə Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubundan bir sitatdır. Si Cinpin son illər intensiv yüksəksəviyyəli təmaslar, möhkəm siyasi qarşılıqlı etimad və beynəlxalq aləmdə səmərəli əməkdaşlıq ilə səciyyələnən Çin-Azərbaycan münasibətlərinin uğurla və ardıcıl şəkildə inkişaf etdiyini vurğulayıb.