İQTİSADİYYAT
Ağdam Sənaye Parkına rezidentlər tərəfindən 95 milyon manata yaxın investisiya yatırılıb
27.12.2024 [12:16]
Ağdam Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq, hazırda rezidentlərin sayına görə, Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük park hesab edilir.
Bunu Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov deyib.
O bildirib ki, Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında, ümumilikdə, 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 95 milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb.