ORDU
“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi olub
27.12.2024 [13:23]
Xəbərin mətni
Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə iştirak edən Milli Müdafiə Universitetinin rəhbərliyi və zabit kollektivi Heydər Əliyevin büstü önünə və şəhidlərin xatirə kompleksinə gül dəstələri qoyublar.