Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Şəhid polis əməkdaşlarının xatirəsinə həsr olunmuş cüdo üzrə çempionat keçirilib

27.12.2024 [16:28]

Xəbərin mətni

Daxili işlər orqanları əməkdaşları arasında keçirilən tədbirdə şəhidlərin ailə üzvləri, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən qonaqlar bildiriblər ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması dövlətçilik tariximizə parlaq səhifələr kimi yazılıb. Ötən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyinin tam bərpa edilib və bununla da erməni separatizminə son qoyulub. Bu şərəfli missiyada daxili işlər orqanlarının əməkdaşlarının iştirak etməsinin qürurverici olduğu vurğulanıb.