CƏMİYYƏT
Ballıca kəndində daha 21 ailəyə evlərinin açarları təqdim olunub
27.12.2024 [17:49]
Xəbərin mətni
Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 21 ailə olmaqla, 119 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Onlar böyük coşqu ilə qarşılanıblar və Ballıca kəndinin təbiət gözəlliyini seyr ediblər.