İQTİSADİYYAT
Prezident İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib
27.12.2024 [18:39]
Prezident İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib. Təsdiqlənən büdcəyə əsasən gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat xərclərinin isə 41 milyard 407 milyon manat olacağı gözlənilir. Gələn ilin dövlət büdcəsində bir neçə sahədə artımlar da nəzərdə tutulub ki, onlardan biri də sosial yardımlardır. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, gələn il büdcədə artımlar çox olduğu üçün 2025-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən böyük büdcəsi olacaq. Ümumilikdə isə sosial müavinətlərin artımı vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılmasına xidmət edəcək.