İQTİSADİYYAT
Qırmızı Qəsəbə-Quxuroba avtomobil yolu əsaslı şəkildə yenidən qurulub
28.12.2024 [12:24]
Xəbərin mətni
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı şəkildə təmiri yekunlaşıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, uzunluğu 27 kilometr olan avtomobil yolu uzun müddət əsaslı şəkildə təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən bərpasına ehtiyac yaranan yol 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib, yolun hərəkət hissəsinin eni 8 metrə qədər genişləndirilib.