Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

"ABB-İnvest" ilk dəfə Türkiyənin kapital bazarında tədavül edilən qiymətli kağızlara investisiya yatırıb

28.12.2024 [13:50]

Xəbərin mətni

"ABB-İnvest" İnvestisiya Şirkəti QSC Azərbaycan və Türkiyənin mərkəzi depozitarları arasında qurulmuş birbaşa müxbir əlaqədən istifadə edərək, ilk dəfə Türkiyənin kapital bazarında tədavül edilən qiymətli kağızlara investisiya əməliyyatı həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev "E-vote" sistemi ilə bağlı brifinqdə deyib.