Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ağcabədidə yeni yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verilib

29.12.2024 [14:20]

Xəbərin mətni

R-18 Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü km-də (Ağcabədi rayonu ərazisində) yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb.
İki giriş-çıxışdan ibarət olan keçidin ümumi uzunluğu 29 metr, eni 3 metr, pilləkənlərin eni 3 metrdir.
Yol səviyyəsindən hündürlüyü 6 metr olan keçid metal konstruksiyalıdır.