Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ölkə başçısının siyasi iradəsi və doğru strategiyasının nəticəsidir

29.12.2024 [17:12]

2024-cü ilin diplomatik uğurlarından biri Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistanla Azərbaycan arasında yerinə yetirilən delimitasiya işləri nəticəsində Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edildi. Nəticədə Qazaxın 4 kəndi Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü. Dövlət sərhədinin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası aparıldı.